Özgənin sirrini sənə söyləyən, sənin sirrini də özgəyə söylər.

= Who chatters to you, will chatter of you. = Кто сплетничает тебе, будет сплетничать и о тебе.
Özgənin qəlbi qaranlıq gecədir.
özgənin sözü ilə oturub-durmaq
OBASTAN VİKİ
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır. İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Sənə, bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə bəşəriyyət!
"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri. İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır. Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir. Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi. Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür. Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.
Sənə inanıram
Sənə qurban
"Sənə qurban" — Ələkbər Tağıyevin Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnı. Mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən, müxtəlif dillərdə ifa edilmişdir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində, o cümlədən Suriyanın Hələb şəhərində və Türkiyənin bir neçə şəhərlərində verilmiş konsertlər zamanı ifa edilmişdir. Mahnı Türkiyədə "Mavi muncuq" (türk. Mavi bocuk) adı ilə məşhurdur və Mikayıl Müşfiqin yox, Ülkü Aker adlı şairin yazdığı sözlərlə ifa edilir. İlk dəfə 1974-cü ildə "Mavi muncuq" adlı türk filmində Emel Sayın tərəfindən ifa edilib. 2015-ci ildə "Eti" şirkətinin istehsalı olan uşaq şirniyyatının reklamında "Sənə Qurban" mahnısının musiqisindən istifadə edilmişdir. 2017-ci ildə referendum qabağı təbliğat kompasiyası çərçivəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yayımladığı təbliğat videosunda "Sənə Qurban" mahnısından istifadə olunmuşdur. 1972-ci ildə çəkilmiş "Sah Al-Num" adlı televiziya tamaşasında "Sənə Qurban" mahnısı ərəb dilidə əsas qəhrəmanın dilindən səsləndirilir. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı etirazçılar mahnının sözlərini dəyişərək ərəb dilində ölkə rəhbərliyini istefaya çağıran sözlərlə ifa etmişlər.
Sənin adın
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Sənə inanıram (kitab)
Sənə xəstəyəm (mahnı)
Qal, sənə qurban!
Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur. Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib. 1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür.
Sənin adın (roman)
Sənin adın (君の名は。, Kimi no Na wa.) — Makoto Şinkay tərəfindən yazılmış Yaponiya romanı. Roman Makoto Şinkayın rejissoru olduğu "Sənin adın" anime filmi üçün ilham mənbəyi rolu oynamışdır. Yaponiyada 18 iyun 2016-cı ildə Kadokawa nəşriyyatı nəşr olunmuşdur. Bundan əlavə, Arato Kano tərəfindən filmin yan personajlarından bəhs edən "Sənin adın. Digər tərəf: Yer əlaqəsi" adlı spin-off romanı da yazılmışdır. Romanın üzlüyünü Masayoşi Tanaka hazırlamış, illüstrasiyaları Hiyori Asahikava çəkmişdir. 16 oktyabr 2016-cı ilə qədər romanın 1.009.000 nüsxəsi satılmışdır. Roman ardıcıl səkkiz həftə Oricon-un bunko kitab çartında birinci yerdə qalmışdır. Roman 1 milyondan çox nüsxə satmış 34-cü bunko kitabdır.
Sənin sevdiyin musiqi
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Qal, sənə qurban! (mahnı)
Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur. Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib. 1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür.
Sənə bir sirr verəcəyəm
Serialda Sevgi adında bir qadının qızı Dərya oğurlanır. Çünki qızının xüsusi bacarığı olur və Dəryanın bu gücündən yararlanmaq üçün istifadə etmək istəyirlər. Dəryanın gələcəyi görəbilmə bacarığından nə özünün, nə də anasının xəbəri olmur. Beləliklə, Sevgi təşvişə düşmüş və 3 ay boyunca hər gün polisə gedib bir xəbər olacağı ümidi ilə gözləyirdi. Bu vaxt qarşısına Mehmet çıxır, ona arxa olaraq Dəryanı tapmağa kömək edir və digər xüsusi bacarıqlı valideynsiz uşaqları da gizli dağətəyi evdə gizlədirlər.
Sənin adın Dənizdir (opera)
Sənin adın Dənizdir (ing. Your Name Means the Sea) — bəstəkar Firəngiz Əlizadənin qısa kamera operası. Libretto bəstəkarın özünə məxsusdur. İlk tamaşa ABŞ-də Houston Grand Operada 2011-ci ilin may ayının 25-i göstərilib. Dənizi Hyuston operasının sopranosu Laura Botkin, onun atasını isə Amerikan baritonu Con Pakkard ifa ediblər. Seymur rolunda Azərbaycan tenoru Babək Niftəliyev, onun anasının rolunda isə Mələkxanım Əyyubova çıxış ediblər. Bu, okeanı keçən mədəniyyətlər və dillərarası böyük sevgini iki musiqi gücü köməkliyi ilə anlatan operadır: bir yandan gənc Amerikan rəssamı Dənizin və atasının hekayəsindən söz açan Qərbi simli kvratet və fleyta, o biri yandan isə gənc Azərbaycan müğənnisi Seymur və anasının hekayəsindən bəhs edən tar, kamança və muğam xanəndəsi.
Sənin, mənim və bizim
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.
SSRİ-də sənayeləşmə
SSRİ-də sənayeləşmə 1929-cu ilin mayından 1941-ci ilin iyununa qədər həyata keçirilən inkişaf etmiş kapitalist dövlətlərindən iqtisadiyyatın geri qalmasını azaltmaq məqsədilə Sovet İttifaqının sənaye potensialının sürətlə artması prosesindən ibarət idi. Sənayeləşmənin rəsmi vəzifəsi Sovet İttifaqının əsasən aqrar dövlətdən aparıcı sənaye dövlətinə çevrilməsi idi. Sosialist sənayeləşməsinin başlanğıcı "cəmiyyətin kökündən yenidən qurulmasının üçqat tapşırıqı" (sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilab) tərkib hissəsi kimi əsası xalq təsərrüfatının ilk beşillik inkişaf planı (1928-1932) ilə qoyulmuşdur. Bu dövrdə yeni dövlət istehsal fondlarının yaradılmasına 45 000 000 000 rubl sərmayə qoyulmuşdur. Sovet dövründə sənayeləşmə, sovet mətbuatının yazdığı kimi, böyük qoçaqlıq hesab olunurdu. Ağır sənaye istehsalının istehsal güclərinin və həcmlərinin sürətlə artması kapitalist ölkələrindən iqtisadi müstəqilliyin təmin edilməsi və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün böyük əhəmiyyətə malik idi. Bu zaman Sovet İttifaqı aqrar ölkədən sənaye ölkəsinə keçid etdi. Böyük Vətən müharibəsi zamanı Sovet sənayesi nasist Almaniyasının sənayesi üzərində üstünlüyünü sübut etdi. Ölkənin elektrikləşdirilməsi planının hazırlanmasına hələ 1915-ci ildə başlanılıb və müəyyən fasilədən sonra bolşeviklərin dövründə davam edib. 1920-ci ilin dekabrında QOELRO planı VIII Ümumrusiya Sovetlərinin qurultayı tərəfindən bəyənilmişdir, bir il sonra isə IX Ümumrusiya Sovetlərinin qurultayı təsdiq edilmişdir.
SSRİ-də təhsil
SSRİ-də xalq təhsili sistemi — Sovet İttifaqında mövcud olan təhsil sistemidir. Sovet İttifaqında təhsil şəxsiyyət xüsusiyyətlərinin tərbiyəsi və formalaşması ilə sıx bağlı idi. Sovet məktəbi təkcə ümumtəhsil problemlərini həll etməyə, şagirdlərə təbiətin, cəmiyyətin və təfəkkürün inkişaf qanunauyğunluqları haqqında bilikləri, əmək vərdiş və bacarıqlarını öyrətməyə deyil, həm də bu əsasda şagirdlərin kommunist baxışlarını və əqidəsini formalaşdırmaq, tələbələri yüksək mənəviyyat, sovet vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə etmək idi . Sovet İttifaqında təhsilin prinsipləri hələ 1903-cü ildə RSDLP-nin II Qurultayında elan edilmiş RSDLP Proqramında təsbit edilmişdir: hər iki cinsdən olan uşaqlar üçün 16 yaşa qədər universal pulsuz icbari təhsil; sinif məktəblərinin ləğvi və milli əsaslarla təhsildə məhdudiyyətlər; məktəbin kilsədən ayrılması; öz ana dilində öyrənmək və s. Sovet dövləti yaranandan bəri təhsilə üstünlük verilirdi.1917-ci il noyabrın 9-da (1917-ci il oktyabrın 26-da (8 noyabr) II Ümumrusiya Sovetlər Qurultayından sonrakı gün) Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin birgə dekreti ilə təhsil üzrə Dövlət Komissiyası yaradıldı bütünlükdə xalq maarif və mədəniyyət sistemini idarə etmək vəzifəsi həvalə edilən təhsil üzrə Dövlət Komissiyası yaradılmışdır. Rusiya Sosialist Federativ Sovet Respublikası zəhmətkeşlərin biliyə real çıxışını təmin etmək üçün fəhlələri və ən yoxsul kəndliləri tam, hərtərəfli və pulsuz təhsillə təmin etmək vəzifəsini qoyur. 1918-ci ilin oktyabrında "RSFSR-nin vahid əmək məktəbi haqqında" əsasnamə məktəb yaşlı uşaqların pulsuz və birgə təhsilini tətbiq etdi . 1919-cu il dekabrın 26-da ölkə əhalisinin səkkiz yaşından əlli yaşınadək oxuyub yaza bilməyən bütün əhalisinin öz istəkləri ilə öz ana və ya rus dilində oxumağı və yazmağı öyrənməli olduğunu bildirən fərman imzalandı. Əhalinin əhəmiyyətli hissəsinin, xüsusən də kəndlilərin savadsızlığı ciddi problem idi. Sovet rəhbərliyi ümumi savadlılığa nail olmağı prioritet məsələlərdən biri hesab edirdi.
Tintin SSRİ-də
Tintin Sovetlər ölkəsində — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
ABŞ-də QİÇS
ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) — Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir. 320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır. Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib.
ABŞ-də din
ABŞ-də din — ABŞ konstitusiyasına edilən birinci dəyişiklik dinin azad həyata keçirilməsinə zəmanət verir və qurulmasına uyğun olaraq Konqresi qanunların qəbul edilməsinə qadağa qoyur. 2013-cü ildəki sorğuda amerikalılar 56%-i dinin "onların həyatında çox önəmli rol" oynadığını demişdilər, bu rəqəm də digər inkişaf etmiş ölkələrdən çok daha yüksəkdir. 2009-cu il Qellap sorğusunda amerikalıların 42%-i həftəlik və ya demək olar ki, həftəlik kilsədə iştirak etdiyini söylədilər, bu rəqəm ən az Vermontda olmaqla 23% və ən çox Missisipidə olmaqla 63% dəyişir.
ABŞ-də fahişəlik
ABŞ Konstitusiyasının 1-ci maddəsinə görə, ABŞ-də fahişəlik Federal Konqresin səlahiyyətində deyildir, bu səbəbdən onun tənzimlənməsi ayrı-ayrı ştatların öhdəliklərinə verilir. Təkcə Nevada ştatından başqa ştatların hamısında cinsi xidmətlərin alqı-satqısı bu və ya digər dərəcədə qanunla qadağandır. 1672-ci ildə Bostonda fahişəxanalar qadağan edildi; bu, Amerikanın ilk fahişəlik əleyhinə qanunu idi. Kanzasda 1868-ci ildə fahişəxanalar qadağan edildi. 1870-ci ildə Kaliforniyada 3.536 Çinli qadın var idi ki, onların 61%-ı siyahıyaalmada peşə olaraq fahişəliyi qeyd etmişdir. 1880-ci ildə bu rəqəm yüzdə 24-ə düşdü. 5 iyul 1870-ci ildə Missuri ştatının Sent-Luis Şəhər Şurası qeydiyyatdan keçmiş fahişələrin icbari tibbi müayinədən keçməsini tələb edən fahişəliyin tənzimlənməsi fərmanını qəbul etdi. Lakin, artıq 1874-cü ildə 100 min adamın imzaladığı ərizə sayəsidə fərman ləğv edildi. 1890-cı ildən Montana ştatının Byutt şəhərində leqal fahişəxana fəaliyyət göstərirdi, lakin 1982-ci ildə bağlandı. 6 iyul 1897-ci ildən 14 noyabr 1917-ci ilədək Yeni Orleanda fahişəlik peşəsi ilə məşğul olanlara aid reqlament tətbiq olundu; qırmızı işıqlar rayonu Storivill oldu.
ABŞ-də idman
ABŞ-də idman (ing. Sports in the United States) — ABŞ mədəniyyətinin mühüm tərkib hissələrindən biri. Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-nin milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır. Basketbol və buzüstü hokkey ölkənin növbəti iki aparıcı peşəkar komanda idmandır, Milli Basketbol Assosiasiyası (NBA) və Milli Hokkey Liqası (NHL) üst liqalardır. Bu dörd böyük idman peşəkarlıqla oynanıldıqda hər biri ilin fəqli, lakin üst-üstə düşən vaxtlarında bir mövsüm keçirirlər. Kollec futbolu və basketbolu böyük auditoriyanı cəlb edir. Futbolda ölkə 1994 FİFA Dünya Kubokuna ev sahibliyi etdi, kişi milli futbol komandası on dəfə Dünya Kubokuna vəsiqə qazanıb və qadın milli futbol komandası üç dəfə FİFA Qadınlararası dünya çempionatı qalibi olub, MLS ABŞ-də bu idmanın ən yüksək liqasıdır (21 Amerika və 3 Kanada komandası çıxış edir). ABŞ-də professional idman bazarı təxminən 69 milyard $ təşkil edir, bu bütün Avropa, Yaxın Şərq və Afrika ölkələrinin cəmindən təxminən 50% böyükdür. ABŞ-də səkkiz Olimpiya oyunları təşkil edilib (2028 Yay Olimpiya Oyunları doqquzuncu olacaq).
ABŞ-də köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də seçkilər
ABŞ-də bu məsələ 1971-ci ildə qəbul edilmiş Seçki kampaniyaları haqqında Federal Aktla tənzimlənir. ABŞ-də siyasi partiyalara seçki zamanı könüllü "donorlar" pul buraxır. 1996-cı ildə bu xərclər Senata keçirilən seçki kampaniyasında 2/3-ni, Nümayəndələr Palatasına seçkilərdə isə ½ -ni təşkil edib. Akt seçki ianələrini ciddi çəkildə məhdudlaşdırıb. Məsələn, hər bir vətəndaş il ərzində dəstəklədiyi namizədin xeyrinə yalnız 1000 dollar keçirə bilər. Mənsub olduğu siyasi partiyanın Mərkəzi Komitəsinə isə il ərzində 20 min dollar vermək icazəsi var. Əgər digər bir namizəd xoşuna gəlirsə, vətəndaş onun fonduna yalnız 5 min dollar keçirə bilər. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Amerikanın siyasi partiyalarını maliyyələşdirməsi qadağandır. ABŞ-nin iki partiyası — Demokratlar və Respublikaçılar seçki ianələrdən yaxşı bəhrələnirlər. Məsələn, ABŞ seçkilərlə bağlı Federal Komissiyasının məlumatlarına görə, 2005-ci ilin yanvarından 2006-cı ilin iyununa qədər Respublikaçıların seçki Fonduna 695 milyon dollar yığılıb.